Səudiyyə Ərəbistanı husilərə qarşı hərəkətə keçir
Səudiyyə Ərəbistanı husilərin hücumlarına cavab verməyi və bu prosesə bir neçə ölkəni cəlb etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, “CNN” bu barədə məlumat yayıb.
Məlumata görə, Ər-Riyad husilərə qarşı mümkün cavab tədbirləri ilə bağlı planlar üzərində işləyir.
Səudiyyə Ərəbistanının bu prosesə digər ölkələri də cəlb etmək niyyətində olduğu bildirilir.
Hazırda planın detalları və hansı ölkələrin prosesə qoşula biləcəyi barədə əlavə məlumat açıqlanmayıb.
22:02 08.09.2026
Oxunuş sayı: 48