Avstraliyadan sosial şəbəkələrlə bağlı yeni təklif
Avstraliya hökuməti sosial şəbəkə istifadəçilərinə lentlərində görmək istədikləri məzmunu özlərinin seçməsinə imkan verən yeni sistem təklif edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Təklif hökumətin internetdə təhlükəsizliyin artırılması istiqamətində atdığı növbəti addım kimi təqdim olunur.
Yeni təşəbbüs sosial şəbəkələrdə istifadəçilərə alqoritmlərin təqdim etdiyi məzmundan asılılığı azaltmaq və öz lentlərini daha çox idarə etmək imkanı verməyi nəzərdə tutur.
Bu addım Avstraliyada uşaqların sosial şəbəkələrdən istifadəsinə dünyada ilk qadağanın tətbiqindən sonra irəli sürülüb.
Hökumət hesab edir ki, istifadəçilərin onlayn mühitdə daha çox nəzarətə malik olması internet təhlükəsizliyinin artırılmasına kömək edə bilər.
19:38 08.09.2026
Oxunuş sayı: 45