Müasir dövr etik məsuliyyət tələb edir - Ombudsman
Müasir dövr hüquqi bilik və idarəçilik bacarıqları ilə yanaşı, həm də etik məsuliyyət, sosial, iqtisadi və rəqəmsal transformasiyalara qarşı çevik və adaptiv yanaşma tələb edir.
Crossmedia.az xəbər verir ki, bunu Bakı Ekspo Mərkəzində altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
O, qeyd edib ki, bu baxımdan insan kapitalının formalaşdırılması və inkişafı ölkəmizdə prioritet məqsədlərdən biri kimi müəyyən edilmişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təsis edilmiş və uğurla həyata keçirilən “Yüksəliş” müsabiqəsi ötən illər ərzində ölkəmizdə insan kapitalının inkişafına xidmət edən ən səmərəli layihələrdən birinə çevrilmişdir. Bu təşəbbüs yalnız bilik və bacarıqların qiymətləndirilməsi mexanizmi deyil, eyni zamanda inkişafyönümlü düşüncə və idarəçilik mədəniyyətinin, liderlik keyfiyyətlərinin və dövlətə xidmət məsuliyyətinin formalaşdırıldığı mühüm tərəqqi platformasıdır. Bu layihə Azərbaycanın gələcəyinə qoyulan investisiyanın, insan kapitalına verilən strateji dəyərin və dövlət idarəçiliyində peşəkarlığın inkişafına xidmət edən milli siyasətin mühüm təzahürüdür”.
Ayhan
15:38 17.07.2026
Oxunuş sayı: 55