Nikolay Patruşevin zəhərləndiyi iddia olunur
Rusiya Prezidenti Administrasiyasının köməkçisi Nikolay Patruşevin sintetik zəhərlə zəhərləndiyi iddiası yayılıb. Bununla bağlı rəsmi təsdiq yoxdur.
Crossmedia.az xəbər verir ki, sosial media və bəzi Telegram kanallarında yayılan məlumatlarda 71 yaşlı Nikolay Patruşevin özünü pis hiss etdikdən sonra Federal Mühafizə Xidmətinin (FSO) ixtisaslaşmış tibb müəssisəsinə aparıldığı iddia edilir.
İddialara görə, həkimlərin operativ müdaxiləsi nəticəsində ağır fəsadların qarşısı alınıb. Bildirilir ki, toksik maddənin dəri vasitəsilə orqanizmə daxil olduğu ehtimal edilir və Patruşevin vəziyyəti stabilləşdikdən sonra evə buraxıldığı qeyd olunur.
Yayılan məlumatlarda hadisənin məxfi saxlanıldığı və ölkə rəhbərliyinə bununla bağlı yalnız həyat üçün təhlükə aradan qalxdıqdan sonra məlumat verildiyi də iddia edilir.
12:36 16.07.2026
Oxunuş sayı: 53