Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini razılaşdıra bilmir
Avropa İttifaqı ölkələri üçüncü gündür Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, Aİ ölkələrinin səfirləri yeni sanksiyalar paketi üzrə danışıqları ən azı iyulun 22-dək təxirə salıblar.
Nəşr bildirir ki, tərəflər eyni zamanda Rusiya neftinə tətbiq olunan qiymət tavanını daha bir həftə ərzində dəyişmədən saxlanılması barədə qərar qəbul ediblər. Beləliklə, qiymət həddi hələlik bir barel üçün 44,10 ABŞ dolları səviyyəsində qalacaq.
11:27 16.07.2026
Oxunuş sayı: 73