Gənclər ev almaq və ailə qurmaq xəyallarını təxirə salır
Gənclər artan mənzil qiymətləri, yüksək kirayə haqları və əməkhaqlarının zəif artımı səbəbindən ev almaq və ailə qurmaq kimi mühüm həyat məqsədlərini təxirə salırlar.
Crossmedia.az xəbər verir ki, statistik məlumatlara görə, Z nəslinin nümayəndələrinin 70 faizindən çoxu bu səbəblərdən həyatlarının əsas mərhələlərini gecikdirib.
Böyük Britaniyada mənzil almaq xüsusilə çətinləşib. Belə ki, evin qiyməti orta illik əməkhaqqının 12 mislinə çata bilir. Bu vəziyyət gənclər üçün ev sahibi olmağı əlçatmaz hədəfə çevirir.
Sosial şəbəkələr də gənclərin üzləşdiyi təzyiqi artırır. Burada nümayiş etdirilən dəbdəbəli həyat tərzi və sərvət görüntüləri reallıqdan uzaq gözləntilər yaradır, insanları başqaları ilə müqayisəyə sövq edir və bəzən yanlış maliyyə qərarlarına səbəb olur.
İqtisadçıların fikrincə, yüksək faiz dərəcələri və inflyasiya səbəbindən Z nəslinin əvvəlki nəsillərlə müqayisədə daha az varlı olması ehtimal edilir.
Bununla belə, gənclər vəziyyətə uyğunlaşmağa çalışır, şəxsi maliyyə idarəçiliyi barədə biliklərini artırır, ictimai fəallıq nümayiş etdirir və gələcəkləri ilə bağlı siyasi dəyişikliklər tələb etmək üçün etiraz aksiyalarına qoşulurlar.
03:30 16.10.2026
Oxunuş sayı: 71