Netanyahu Suriya Prezidenti ilə telefon danışığını açıqlayıb
İsrailin Baş naziri Benyamin Netanyahu 2025-ci ilin ortalarında Suriyanın cənubundakı Süveyda vilayətində baş verən toqquşmalar zamanı Suriya Prezidenti Əhməd əş-Şaraa ilə telefonla danışdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Netanyahu bu barədə açıqlamasında danışıb.
Netanyahunun sözlərinə görə, tərəflər arasında qısa və birbaşa telefon danışığı olub. O, müdaxiləsinin şiddətli toqquşmaların və kütləvi qətllərin dayandırılmasına kömək etdiyini iddia edib.
Həmin dövrdə Suriya hökumət qüvvələri druzların rəhbərlik etdiyi və İsrailin dəstəklədiyi Süveyda Druz Milli Qvardiyası ilə qarşı-qarşıya gəlmişdi.
İsrailin Baş naziri Suriya druzlarının müdafiəsini davam etdirəcəyini də vəd edib. “Qardaşlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcəyəm”, – deyə Netanyahu bildirib.
21:36 15.10.2026
Oxunuş sayı: 16