Bu ölkə Ayda nüvə enerji qurğusu tikməyi planlaşdırır
Rusiya 2030-cu illərin ortalarınadək gələcək Ay stansiyasının enerji təminatı üçün Ayda atom enerji qurğusu yaratmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Rosatom” dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov açıqlama verib.
Lixaçov bu barədə VDNX-də yerləşən “Atom” muzeyinə xarici alimlər üçün təşkil olunan ekskursiya zamanı danışıb.
Onun sözlərinə görə, qurğu Ayın mənimsənilməsi və gələcəkdə orada fəaliyyət göstərəcək stansiyanın işinin təmin edilməsi üçün yaradılan infrastrukturun bir hissəsi olacaq.
23:49 15.10.2026
Oxunuş sayı: 58