Hakan Fidan: iki ölkənin liderləri arasında sarsılmaz dostluq və qardaşlıq bağı mövcuddur
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan münasibətlərindən danışaraq iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb.
Crossmedia.az “Haber Global”a istinadən xəbər verir ki, nazir bu barədə yerli mətbuata açıqlama verərkən danışıb.
Fidan bildirib ki, “İki dövlət, bir millət” prinsipi Türkiyə və Azərbaycan münasibətlərinin bütün sahələrində özünü göstərir. Onun sözlərinə görə, iki ölkənin liderləri arasında sarsılmaz dostluq və qardaşlıq bağı mövcuddur.
Nazir qeyd edib ki, zaman-zaman müəyyən məsələlərlə bağlı fərqli yanaşmaların olması mümkündür. Bununla belə, belə fikir ayrılıqlarının iki ölkə arasındakı strateji münasibətlərə xələl gətirməsinə imkan vermək olmaz.
21:22 15.10.2026
Oxunuş sayı: 66