İrandakı məktəb hücumunun hesabatı niyə gecikdirilir?
ABŞ Müdafiə Nazirliyinin İranda məktəbə endirilən hava zərbəsi ilə bağlı hesabatının açıqlanmasının aralıq seçkilərdən sonraya təxirə salınması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ müdafiə naziri Pit Heqsetin müşavirləri hesabatın dərcini gecikdirməyi nəzərdən keçirirlər. Söhbət İranın cənubundakı Minab şəhərində yerləşən “Şəcərə Tayyibə” ibtidai məktəbinə endirilən zərbədən gedir.
Məlumata əsasən, müharibənin ilk günü həyata keçirilən hücum nəticəsində 150-dən çox insan, o cümlədən azı 123 uşaq həlak olub.
Araşdırma aparan şəxslərin ilkin nəticələrinə görə, hücuma qüsurlu kəşfiyyat məlumatları, köhnəlmiş peyk görüntüləri və süni intellektə həddindən artıq etibar edilməsi təsir göstərib.
“Bloomberg”in məlumatına görə, hesabatın hazırlanması artıq bir neçə aydır ki, demək olar, tamamlanıb. Bununla belə, onun nə vaxt ictimaiyyətə açıqlanacağı ilə bağlı qərarın gecikdirilməsi planlaşdırılır.
22:03 15.10.2026
Oxunuş sayı: 62