Ukraynanın Patriot raketləri tükənib
Ukraynanın ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarının tükəndiyi və bunun ölkəni Rusiyanın hücumları qarşısında daha həssas vəziyyətə saldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, CNN telekanalı bu barədə mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Patriot” sistemləri üçün nəzərdə tutulan raketlər dünya üzrə həm bahadır, həm də çatışmazlıq təşkil edir. Buna səbəb digər ölkələrin İran müharibəsi fonunda öz ehtiyatlarından istifadə etməsi və ya hava hücumundan müdafiə imkanlarını gücləndirməyə çalışmasıdır.
CNN qeyd edir ki, Ukraynanın “Patriot” sistemləri üçün nəzərdə tutulan raketlərin tamamilə tükənməsi ilk dəfə baş vermiş hal olmaya bilər.
21:14 15.10.2026
Oxunuş sayı: 66