Fransada müsəlman və yəhudilər arasında narahatlıq artır
Fransada keçirilən sorğuya əsasən, müsəlman respondentlərin 46 faizi, yəhudilərin isə 44 faizi Marin Le Penin 2027-ci il prezident seçkilərində qalib gələcəyi təqdirdə ölkəni tərk etməyi nəzərdən keçirə biləcəyini bildirib. Ümumi əhali arasında bu göstərici 21 faizdir.
Crossmedia.az xəbər verir ki, “Marianne” nəşri üçün Ifop tərəfindən keçirilən sorğunun nəticələri bunu göstərir.
Sorğuda iştirak edən müsəlmanların 81 faizi Le Penin prezidentliyi dövründə ayrı-seçkiliyin artacağından narahat olduğunu bildirib. Respondentlərin 27 faizi isə dini kimliyini gizlətməyi düşünə biləcəyini qeyd edib.
Sorğu Fransada dini geyim və simvollarla bağlı ictimai münasibətləri də əhatə edib. Respondentlərin 53 faizi küçələrdə İslam baş örtüyünün taxılmasına qarşı çıxıb.
Bundan əlavə, sorğu iştirakçılarının 75 faizi dövlət orta məktəblərində abaya geyiminin qadağan edilməsini, 72 faizi isə idman tədbirlərində nəzərəçarpan dini simvolların qadağan olunmasını dəstəkləyib.
22:19 15.10.2026
Oxunuş sayı: 48