ABŞ İrana bağlı 14 nəfərə və bir sıra şirkətlərə sanksiya tətbiq edib
ABŞ Maliyyə Nazirliyi İranın maliyyə sektoru və ticarəti ilə əlaqəli 14 nəfəri və bir sıra şirkətləri sanksiya siyahısına daxil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məhdudiyyətlər Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən İranın müəyyən fəaliyyətlərinə qarşı yönəlmiş fərman əsasında tətbiq olunub.
Sanksiya siyahısına İranda fəaliyyət göstərən valyuta mübadiləsi şirkətləri və maliyyə təşkilatları, eləcə də Honkonq və İraqdakı bəzi qurumlar daxil edilib.
Siyahıda Bağdadda yerləşən Beynəlxalq İnvestisiya və Maliyyə İnkişafı Bankı da yer alıb.
22:11 15.10.2026
Oxunuş sayı: 59