Hörmüz boğazından neft daşımaları 12 milyon bareli ötüb
İrana aid edilən hücumların artmasına baxmayaraq, oktyabr ayında Hörmüz boğazından gündəlik neft daşımalarının həcmi 12 milyon bareli keçib.
Crossmedia.az xəbər verir ki, “New York Post” analitiklərin məlumatlarına istinadən bu barədə yazıb.
Məlumata görə, bu göstərici sentyabr ayının orta gündəlik həcmini üstələyir.
“TankerTrackers.com” və “Kpler” şirkətlərinin məlumatlarına əsasən, gündə 9 milyon bareldən çox neft ABŞ hərbçilərinin birbaşa mühafizəsi altında olan gəmilərlə daşınır.
Bildirilib ki, oktyabrın əvvəlindən bəri 26 gəmi hücumlara məruz qalıb. Mənbələrin sözlərinə görə, bu dövr müharibənin başlanmasından bəri tankerlər və yük gəmiləri üçün ən təhlükəli mərhələ hesab olunur.
23:46 15.10.2026
Oxunuş sayı: 52