Bakıda və bəzi rayonlarda külək güclənir - FAKTİKİ HAVA
Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı saat 11:00-a olan məlumatında qeyd edilib
Belə ki, düşən yağıntının miqdarı Qəbələdə 6, Zaqatala, Qrız və Qusarda 1 mm-dək qeydə alınıb.
Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi müşahidə olunur, küləyin maksimal sürəti 21 m/s-ə çatır.
Ölkənin bəzi rayonlarında isə şərq küləyi üstünlük təşkil edib. Küləyin maksimal sürəti Goranboyda 19, Naftalanda 18, Culfada isə 17 m/s-dək güclənib.
11:09 16.07.2026
Oxunuş sayı: 49