Türkiyədə sərnişin avtobusu aşıb, 46 nəfər yaralanıb
Türkiyənin Amasya vilayətində ikimərtəbəli sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, İstanbuldan Ordu istiqamətində hərəkət edən avtobus Amasyanın Mərzifon rayonunun Sarıköy kəndi yaxınlığında sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
12:41 16.07.2026
Oxunuş sayı: 58