Metroda vifi olacaq? – Metropolitendən açıqlama
Hazırda Bakı Metropolitenində sərnişinlər üçün pulsuz wi-fi xidməti tətbiq edilmir və yaxın perspektivdə belə bir layihənin həyata keçirilməsi nəzərdə tutulmur.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq “Bakı
Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib: “Müvafiq yanaşma metropolitenin strateji əhəmiyyətli
nəqliyyat infrastrukturu olması, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi,
kibertəhlükəsizlik tələbləri və istismar xüsusiyyətləri ilə bağlı mövcud tələblər
nəzərə alınmaqla müəyyənləşdirilib. Bu amillər əsas götürülərək, hazırki dövrdə
wi-fi sisteminin quraşdırılması məqsədəuyğun hesab edilmir”.
Məlumatda qeyd olunur ki, bununla yanaşı, Bakı
Metropoliteni beynəlxalq təcrübəni, rəqəmsal texnologiyalar sahəsindəki
yenilikləri və sərnişin xidmətlərinin inkişafı istiqamətində tətbiq olunan
müasir həlləri davamlı olaraq izləyir.
Ayhan
13:27 16.07.2026
Oxunuş sayı: 67