İsrail və ABŞ müdafiə nazirləri İranı müzakirə ediblər
İsrail və ABŞ-nin müdafiə nazirləri İran ətrafındakı vəziyyət və regional təhlükəsizlik məsələləri ilə bağlı telefon danışığı aparıblar.
Crossmedia.az xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Kats gecə saatlarında ABŞ-nin müdafiə naziri Pit Heqsetlə danışdığını açıqlayıb.
Katsın sözlərinə görə, Pit Heqset onu ABŞ-nin İranda davam edən hərbi əməliyyatları barədə məlumatlandırıb.
Nazir bildirib ki, tərəflər regiondakı vəziyyətlə bağlı mümkün sonrakı inkişaflara operativ reaksiya vermək məqsədilə sıx əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Bu barədə xarici KİV məlumat yayıb.
12:52 16.07.2026
Oxunuş sayı: 55