İran İraq Baş nazirinin ABŞ səfərinin qarşısını almağa çalışıb
İranın İraq Baş naziri Əli əl-Zeydinin Vaşinqtona ilk xarici səfərinə mane olmağa çalışdığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Tehran İraq hökumətinin rəhbərini və onun komandasını vəzifəyə gəldikdən sonra planlaşdırılan ilk xarici səfərdən imtina etməyə inandırmağa çalışıb.
Lakin İranın təsir cəhdlərinə baxmayaraq, İraq Baş naziri ABŞ-yə səfər edib.
Səfərin məqsədi və tərəflər arasında keçirilən görüşlərin detalları açıqlanmayıb.
13:16 16.07.2026
Oxunuş sayı: 73