Ukraynanın dəniz dronları Qara dənizdə iki Rusiya tankerini vurub
Ukrayna Təhlükəsizlik Xidmətinin dəniz pilotsuz aparatları Qara dənizdə Rusiyanın "kölgə donanması"na aid iki tankerə zərbə endirib.
Crossmedia.az xəbər verir ki, hücuma məruz qalan "Louise 1" və "Banda" tankerilərinin Qərb sanksiyalarından yan keçməklə Rusiya neftinin daşınmasında istifadə olunduğu bildirilir.
Hadisə ilə bağlı hələlik Rusiya tərəfi rəsmi açıqlama verməyib.
11:51 16.07.2026
Oxunuş sayı: 54