Vens: Epşteyn işi ilə bağlı kommunikasiyada uğursuz olduq
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Donald Tramp administrasiyasının Ceffri Epşteyn işi ilə bağlı sənədlərin açıqlanması prosesində kommunikasiya baxımından səhvlərə yol verdiyini etiraf edib.
Crossmedia.az xəbər verir ki, Cey Di Vens administrasiyanın Epşteyn işi üzrə sənədləri əvvəldən tam şəkildə dərc etməli olduğunu bildirib.
"Əvvəldən hər şeyi açıqlamalı idik. Epşteyn sənədləri ilə bağlı kommunikasiyanı tamamilə uğursuz apardıq. Amma bu, nəyisə gizlətməyə çalışdığımız anlamına gəlmir", – deyə o bildirib.
Vens, həmçinin Ceffri Epşteynin İsrailin "Mossad" kəşfiyyat xidməti, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və ya digər xüsusi xidmət orqanları ilə əlaqələrinin ola biləcəyini istisna etməyib.
Onun sözlərinə görə, Epşteynin ABŞ və İsrail kəşfiyyatının yüksək səviyyəli nümayəndələri ilə əlaqələri olduğu görünür.
Vitse-prezident Donald Tramp barədə səsləndirilən ittihamlara da münasibət bildirərək deyib ki, ABŞ prezidentinin azyaşlılarla bağlı hər hansı qanun pozuntusunda iştirak etdiyini təsdiqləyən etibarlı sübut görməyib.
Vens qeyd edib ki, Trampın "bu saxtakarlıqdır" ifadəsi demokratların onu pedofiliyada ittiham etməsinə aiddir və belə iddiaları təsdiqləyən heç bir sübut yoxdur.
11:34 16.07.2026
Oxunuş sayı: 69