Hikmət Hacıyev: Azərbaycan D8-ə üzv olmasına çox önəm verir
Azərbaycan D8-ə üzv olmasına çox önəm verir.
Crossmedia.az xəbər ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan bu qurumun tam hüquqlu üzvüdür:
"Azərbaycan D8-ə üzv olmasına çox önəm verir. Bütün D-8 ölkələrinin üzvlərinə bu təşəbbüsü dəstəklədiklərini üçün təşəkkür edirəm. Bu gün Media Mükəmməllik Mərkəzi artıq tam olaraq fəaliyyətə başlayıb. Ümid edirik ki, D8 ölkələri Media Mükəmməllik Mərkəzindən fəal istifadə edəcəklər".
O qeyd edib ki, Prezidentin rəhbərliyi altında Azərbaycanın bu təsisatı yaratmaq təşəbbüsünü və səylərini dəstəklədiklərinə görə bütün D-8 üzvü olan ölkələrə də minnətdarlığını bildirir.
"Bu gün bütün üzv ölkələrin yekdil dəstəyi ilə D-8 Mükəmməllik Mərkəzinin tam fəaliyyətə başladığını söyləməkdən məmnunluq duyuram". (REPORT)
18:20 13.07.2026
Oxunuş sayı: 63