Aİ Azərbaycanı Cənubi Qafqazda əsas strateji tərəfdaş hesab edir
Avropa İttifaqı (Aİ) Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaşlarından biri kimi qiymətləndirir və regionda daha praqmatik siyasət yürütməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, "Polşa Mərkəzi Avropa İnstitutu" bu barədə yaydığı təhlildə məlumat verib.
Təhlildə qeyd olunub ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bakıya səfəri Brüsselin Cənubi Qafqaza yanaşmasında praqmatik xəttin gücləndiyini nümayiş etdirib.
Analitiklərin fikrincə, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Bildirilib ki, Azərbaycan yalnız enerji resurslarının mühüm təchizatçısı kimi deyil, həm də Avropanı Mərkəzi Asiya ilə birləşdirən Orta Dəhliz marşrutunun əsas həlqələrindən biri kimi strateji əhəmiyyət daşıyır.
09:57 11.07.2026
Oxunuş sayı: 49