Vaşinqton Moskvaya təzyiqi artırır: yeni sanksiyalar yoldadır
ABŞ Konqresinin üzvləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin irəlilədilməsi ilə bağlı Ağ Ev ilə razılığa gəldiklərini açıqlayıblar.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Senatorlar bildiriblər ki, sözügedən qanun layihəsini çox yaxın zamanda təqdim etməyi planlaşdırırlar.
Qanun layihəsinin Rusiyaya qarşı əlavə məhdudiyyətlər və yeni sanksiya tədbirləri nəzərdə tutacağı qeyd olunub.
23:12 10.07.2026
Oxunuş sayı: 52