Daşkənddə Özbəkistan və Azərbaycanın IV Regionlararası Forumu keçiriləcək
Özbəkistan və Azərbaycanın IV Regionlararası Forumu iyulun 17-də Daşkənddə keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.
Forum Özbəkistan və Azərbaycanın dövlət orqanlarının nümayəndələrini, investorlarını və işgüzar dairələrini bir araya gətirəcək.
Aqrobiznes və qida sənayesi, tikinti və tikinti materialları istehsalı, maşınqayırma, informasiya texnologiyaları və rəqəmsal həllər, logistika, səhiyyə, energetika, sənaye istehsalı, eləcə də peşəkar və konsaltinq xidmətləri sahələrində fəaliyyət göstərən aparıcı Azərbaycan şirkətlərinin iştirakı gözlənilir.
Tədbir iki ölkənin şirkətləri arasında işgüzar əlaqələrin genişləndirilməsinə, yeni tərəfdaşların tapılmasına və birgə layihələrin həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır. Azərbaycan biznesi ilə əməkdaşlıqda maraqlı olan şirkətlər forumda iştirak etməyə dəvət olunur.
18:27 10.07.2026
Oxunuş sayı: 45