Cevdet Yılmaz: Türkiyə dünyanın ilk "10-luğuna" daxil olmağı hədəfləyir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada keçirilən NATO Liderlər Zirvəsində çıxışı zamanı ölkəsinin müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb.
Crossmedia.az xəbər verir ki, Yılmaz hazırda Türkiyənin müdafiə sənayesi məhsullarının ixracına görə dünyada 11-ci yerdə qərarlaşdığını bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə əsas hədəf Türkiyəni bu sahədə dünyanın ən böyük 10 ixracatçısı sırasına daxil etməkdir.
"Futbol dili ilə desək, Türkiyə yüksək liqada oynamağa çalışan ölkədir", – deyə Cevdet Yılmaz vurğulayıb.
17:50 07.07.2026
Oxunuş sayı: 44