Ərdoğan Trampı rəsmi mərasimlə qarşıladı
ABŞ Prezidenti Donald Tramp Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Crossmedia.az xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra iki ölkə lideri mətbuata bəyanatlarla çıxış edib.
Ərdoğan bildirib ki, Trampın Ankaraya səfəri və NATO Liderlər Zirvəsində iştirakı Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır.
"Donald Tramp ilə bir arada olmağımız bizə güc qatdı. NATO Liderlər Zirvəsinin bu gün Ankarada keçirilməsi, dünya liderlərinin ölkəmizdə bir araya gəlməsi və Trampın burada olması zirvəyə əlavə əhəmiyyət verir", – deyə Türkiyə Prezidenti vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp isə Ərdoğanla münasibətlərini yüksək qiymətləndirib.
"Cənab Prezidentlə çox yaxşı dostuq. O, möhtəşəm liderdir. İlk gündən aramızda yaxşı anlaşma yaranıb. Mən cənab Prezidentə böyük hörmət bəsləyirəm. Siz bütün dünyada hörmət edilən bir lidersiniz", – deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, tərəflər görüş zamanı ticarət, müdafiə sənayesi, İran və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər.
16:54 07.07.2026
Oxunuş sayı: 62