Rusiya NATO sammiti ərəfəsində təxribata çəkildiyini iddia edib
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov NATO Zirvəsi ərəfəsində Rusiya ilə bağlı verilən açıqlamaları dəyərləndirib.
Crossmedia.az xəbər verir ki, Peskovun sözlərinə görə, sammitə hazırlıq prosesində Rusiya ilə bağlı səsləndirilən bəyanatlar daha çox qarşıdurma xarakteri daşıyırdı.
Kremlin sözçüsü qeyd edib ki, Moskva bu açıqlamaları diqqətlə izləyir və NATO-nun Rusiya ilə bağlı ritorikasını konfrontasiya yönümlü hesab edir.
14:32 07.07.2026
Oxunuş sayı: 49