Zelenski: Moskvaya min pilotsuz uçuş aparatı uçanda Putin anlayacaq
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya ilə müharibənin həlledici mübarizəsi hazırda hava məkanında gedir.
Crossmedia.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukrayna cəbhə xəttini qoruyub saxlaya, Rusiya donanmasını Qara dənizdən sıxışdırıb çıxara bilib və indi əsas diqqəti hava qarşıdurmasına yönəldib.
O, Rusiyanın paytaxtına pilotsuz uçuş aparatları ilə zərbələrin intensivləşə biləcəyinə də işarə edib.
“Moskvaya yüz deyil, min pilotsuz uçuş aparatı uçanda Putin anlayacaq”, – deyə Zelenski bildirib.
Ukrayna prezidentinin bu açıqlaması Rusiyanın Ukrayna şəhərlərinə son hava hücumları və tərəflər arasında pilotsuz uçuş aparatlarından istifadənin artdığı bir vaxta təsadüf edir.
10:38 07.07.2026
Oxunuş sayı: 48