Belçika ABŞ-ni darmadağın edərək 1/4 finala yüksəldi
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Belçika millisi ABŞ yığmasını 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Crossmedia.az xəbər verir ki, Sietldə keçirilən qarşılaşmada ABŞ yığmasının yeganə qolunu Malik Tillman vurub.
FİFA-nın qərarı ilə oyundan əvvəl diskvalifikasiyası dayandırılan ABŞ millisinin hücumçusu Folarin Baloqun isə bu görüşdə fərqlənə bilməyib.
Belçika 1/4 finalda İspaniya millisi ilə qarşılaşacaq. İspaniya 1/8 final mərhələsində Portuqaliya yığmasını məğlub edərək Kriştianu Ronaldonun komandası üçün turniri başa vurmuşdu.
10:03 07.07.2026
Oxunuş sayı: 71