Peskov: Putin-Tramp danışığı Moskvanın mövqeyini çatdırmaq imkanı yaratdı
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığını yüksək qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, RIA Novosti agentliyinə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, bu danışıq Moskvanın Ukrayna və Avropa ölkələrinin münaqişənin gərginləşməsinə yönəlik addımlar atdığına dair mövqeyini ABŞ prezidentinə birbaşa çatdırmaq üçün yaxşı imkan yaradıb.
"Bu, ən yüksək səviyyədə ABŞ prezidentinə mövqeyimizi birbaşa birinci şəxsin dilindən çatdırmaq üçün yaxşı fürsət idi", – deyə Kremlin sözçüsü qeyd edib.
Peskov əlavə edib ki, Donald Tramp Ukraynadakı vəziyyətlə bağlı öz baxışlarına sadiq qalır və hadisələri düzgün anladığına inanır.
Onun sözlərinə görə, Putin və Tramp yaxın vaxtlarda təmaslarını davam etdirmək barədə qarşılıqlı anlaşmaya malikdirlər.
15:21 06.07.2026
Oxunuş sayı: 48