Ankarada NATO sammitinin əsas gündəliyi açıqlanıb
İyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində Avro-Atlantik məkanın təhlükəsizliyi, Ukrayna və alyansın cənub cinahı əsas müzakirə mövzuları olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumata görə, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib.
Onun sözlərinə görə, sammitdə Avro-Atlantik regionu üçün mövcud təhdid və çağırışlar, Ukraynadakı vəziyyət, eləcə də NATO-nun cənub cinahında təhlükəsizlik məsələləri müzakirə ediləcək.
17:06 05.07.2026
Oxunuş sayı: 56