Xersonda 30 illik gizli casusluq ifşa olundu
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Xerson şəhərində Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq etməkdə şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
FTX-nın məlumatına görə, saxlanılan şəxs Ukrayna Silahlı Qüvvələrinin Xersondakı mövqeləri barədə məlumatları Rusiya kəşfiyyatına ötürməkdə ittiham olunur. Bildirilir ki, o, Cənubi Qafqaz əsilli olub, 1990-cı illərdən etibarən saxta sənədlərlə Ukraynada yaşayıb və eyni zamanda yerli ictimai təşkilatlardan birinin rəhbəri kimi fəaliyyət göstərib.
İstintaqın məlumatına əsasən, həmin şəxs Xerson vilayətinin Rusiya tərəfindən işğalı dövründə əməkdaşlığa cəlb edilib. Şəhər azad edildikdən sonra isə fəaliyyətini davam etdirərək Ukrayna Müdafiə Qüvvələrinin yerləşdiyi mövqelər barədə kəşfiyyat məlumatları toplayıb və onları Rusiya tərəfinə ötürüb.
Məhkəmənin qərarı ilə şübhəli barəsində həbs qətimkan tədbiri seçilib və girov müqabilində azadlığa buraxılması nəzərdə tutulmayıb. Təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
23:50 02.07.2026
Oxunuş sayı: 70