17 illik mayor hərbi geyimdə Trampa qarşı üsyan etdi və həbs olundu
ABŞ Hərbi Hava Qüvvələrinin 17 illik xidmət təcrübəsinə malik logistika zabiti, mayor Ceyson Uotson Kapitoli binası qarşısında etiraz aksiyası zamanı həbs edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hərbi geyimdə çıxış edən prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vensin impiçmenti, məhkum edilməsi və vəzifələrindən uzaqlaşdırılması çağırışı edib.
Hadisə zamanı Kapitol pilləkənlərində çıxış edən Uotson daha sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
O, çıxışında “Kim olmağımın fərqi yoxdur. Mən sadəcə adi bir insanam˝ deyərək, əsas məqsədinin mesajını çatdırmaq olduğunu bildirib:
“Daha vacibi mənim kim olduğum deyil, nə demək istədiyim və bunu demək üçün hansı qiyməti ödəməyə hazır olduğumdur,” – deyə o qeyd edib.
22:34 02.07.2026
Oxunuş sayı: 56