110 ton neft bir anda yoxa çıxdı: Neft mafiyası rəsmən ifşa olundu
Dağıstanda hüquq-mühafizə orqanları quyudan birbaşa neft oğurlayan mütəşəkkil cinayətkar qruplaşmanı zərərsizləşdirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, 110 ton xam neftin yoxa çıxmasından sonra aparılan əməliyyat nəticəsində 4 şübhəli şəxs saxlanılıb.
İstintaqın versiyasına əsasən, 2025-ci ilin sentyabrından 2026-cı ilin martına qədər Nefteqaz rayonunda yerləşən neft quyularından xam neft və neft məhsulları sistemli şəkildə oğurlanıb.
Oğurlanan neft daha sonra emal müəssisələrinə göndərilib.
20:12 02.07.2026
Oxunuş sayı: 58