Simonyan: Mənə qarşı üç sui-qəsd cəhdi olub
“Russia Today” media qrupunun baş redaktoru Marqarita Simonyan ona qarşı indiyədək üç sui-qəsd cəhdinin həyata keçirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Marqarita Simonyan bu barədə açıqlama verib.
Onun sözlərinə görə, həmin sui-qəsd cəhdlərindən biri pilotsuz uçuş aparatı (PUA) vasitəsilə həyata keçirilib.
O, hadisələrin detalları, başvermə vaxtı və digər hallarla bağlı əlavə məlumat verməyib.
12:26 02.07.2026
Oxunuş sayı: 50