Hakan Fidan Rusiya və Ukraynaya sülh mesajı göndərdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankara hökumətinin Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının ən qısa zamanda bərpa olunmasını dəstəklədiyini bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Türkiyə münaqişənin diplomatik yollarla həlli üçün hər iki tərəf arasında dialoqun yenidən başlamasına dəstək verməyə və əvvəlki kimi danışıqlar üçün platforma təqdim etməyə hazırdır. Fidan vurğulayıb ki, regionda davamlı sülh və sabitliyin təmin olunması bütün tərəflərin maraqlarına cavab verir.
Türkiyə rəsmisi həmçinin bildirib ki, Ankara müharibənin başa çatdırılması istiqamətində beynəlxalq hüquqa əsaslanan diplomatik səyləri dəstəkləməyə davam edəcək.
18:43 01.07.2026
Oxunuş sayı: 46