Medvedev Ermənistanı hədələdi: Rusiya ilə əlaqələrin kəsilməsi Ermənistan üçün ağır olacaq
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Ermənistanın Rusiya ilə əlaqələri kəsməsi ölkə vətəndaşları üçün ağır nəticələr doğura bilər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, Qərb Ermənistana yalnız Rusiyaya qarşı mübarizədə istifadə ediləcək vasitə kimi yanaşır və Moskva ilə İrəvan arasında normal münasibətlərin tərəfdarı olan siyasi qüvvələrin siyasi arenadan uzaqlaşdırılmasında maraqlıdır.
Medvedev iddia edib ki, onilliklər ərzində formalaşmış Rusiya–Ermənistan əlaqələrinin pozulmasının mümkün nəticələri Avropa İttifaqını narahat etmir.
“Hazırkı hakimiyyətin siyasi ambisiyalarının ölkənin milli maraqlarından üstün tutulması təəssüf doğurur”, – deyə o bildirib.
Rusiya rəsmisi, həmçinin Ermənistan hakimiyyətini siyasi rəqiblərə qarşı təzyiqlərdə və onların biznes aktivlərinin müsadirəsində ittiham edib. O, bu addımları mövcud hakim komandanın “vizit kartı” adlandırıb.
16:27 28.06.2026
Oxunuş sayı: 62