Lukaşenko Putinlə qapalı danışıqlardan sonra Asiyaya yollanıb
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə iyunun 26–27-də Valdayda keçirdiyi danışıqlardan dərhal sonra Şərqi və Cənub-Şərqi Asiya ölkələrinə səfərə yola düşüb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Görüşün nəticələri indiyədək ictimaiyyətə açıqlanmayıb. Eyni zamanda, artıq üçüncü gündür Lukaşenkonun fəaliyyəti ilə bağlı rəsmi məlumat verilməyib.
Minsk səfərin əvvəlcədən planlaşdırıldığını bildirsə də, onun son günlərdə Kiyevdən səslənən təhdidlər və Lukaşenkonun Belarusun müharibəyə cəlb edilməsinin yolverilməz olduğunu bəyan etməsindən dərhal sonra baş tutması müxtəlif suallar doğurub.
Qeyd edək ki, Lukaşenko daha əvvəl Belarusun münaqişəyə cəlb olunması cəhdlərini son dərəcə təhlükəli adlandırmışdı.
16:22 28.06.2026
Oxunuş sayı: 58