Medvedev Polşaya qarşı yeni iddia irəli sürdü
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Polşa prezidentinin iqamətgahı olan Belveder sarayı ilə bağlı Rusiyanın iddia qaldırmalı olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Medvedev sarayın vaxtilə Rusiya imperiyasının xəzinəsindən ayrılan vəsait hesabına inşa edildiyini iddia edərək, bunun “Rusiya pulu” olduğunu söyləyib.
O, bu açıqlamanı Polşanın Qdansk şəhərində yerləşən Rusiya Baş Konsulluğunun binasının müsadirə edilməsi fonunda səsləndirib və Moskvanın buna hüquqi iddia ilə cavab verməsinin mümkünlüyünü irəli sürüb.
10:13 28.06.2026
Oxunuş sayı: 55