Netanyahu: İsrail Livanda Trampın dəstəyi ilə qaldı
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Marko Rubionun dəstəyi sayəsində İsrail Livandakı təhlükəsizlik zonasındakı mövqelərini qoruyub saxlaya bilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu televiziya çıxışında İsrailin “sarı təhlükəsizlik zonası”nda qalmasını ölkənin təhlükəsizliyi baxımından böyük uğur adlandırıb. Onun sözlərinə görə, müxtəlif təzyiqlərə baxmayaraq, İsrail bu ərazidən çıxmağa məcbur edilməyib.
Baş nazir çıxışında Tramp və Rubioya göstərdikləri dəstəyə görə təşəkkür edib və onların bu nəticənin əldə olunmasında mühüm rol oynadıqlarını vurğulayıb.
09:54 28.06.2026
Oxunuş sayı: 47