Putin: Qərb Rusiya ilə müharibəyə hazırlaşdığını açıq şəkildə bəyan edir
Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Rusiya ilə mümkün qarşıdurmaya hazırlaşdıqlarını gizlətmədiklərini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Putin Qərbdə hərbi hazırlıqla bağlı açıqlamaların açıq şəkildə səsləndirildiyini və müdafiə xərclərinin artırıldığını qeyd edib.
Onun sözlərinə görə, bir sıra ölkələr hərbi büdcələrini genişləndirir və silahlanma proqramlarını sürətləndirirlər. Rusiya lideri bu proseslərin beynəlxalq təhlükəsizlik mühitinə təsir göstərdiyini vurğulayıb.
15:35 23.06.2026
Oxunuş sayı: 53