Putin: Təhdidlərə operativ reaksiya verməyə hazırıq
Rusiya Prezidenti Vladimir Putin beynəlxalq vəziyyətin hələ də sabit olmadığını və ölkəsinin yaranan təhdidlərə operativ reaksiya verməyə hazır olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Putin Rusiyanın bərabər və bölünməz təhlükəsizlik prinsipini dəstəklədiyini, bunun üçün isə çoxqütblü beynəlxalq sistemin vacib olduğunu vurğulayıb.
O, ötən il mindən çox silah nümunəsinin döyüş şəraitində sınaqdan keçirildiyini qeyd edib. Rusiya lideri həmçinin terrorizm, korrupsiya və cinayətkarlığa qarşı qəti mübarizənin vacibliyini diqqətə çatdırıb.
Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin Ukrayna ilə bağlı bütün vasitəçilik təşəbbüslərini uğursuzluğa düçar etdiyini və onların artıq ciddi qəbul edilməsinə ehtiyac olmadığını bəyan edib.
15:15 23.06.2026
Oxunuş sayı: 50