ABŞ və İranın ziddiyyətli qərarları dəniz daşımalarını çətinləşdirir
ABŞ və İran Hörmüz boğazından istifadə ilə bağlı gəmi sahiblərinə bir-birinə zidd göstərişlər verir.
Crossmedia.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb. Bildirilir ki, yaranmış vəziyyət gəmiçilik şirkətlərini seçim qarşısında qoyub.
Məlumata görə, Vaşinqtonun göstərişlərinə əməl edən şirkətlər İran hakimiyyətinin tədbirləri ilə üzləşə bilər. Tehranın tələblərinə əməl edənlər isə ABŞ sanksiyaları riskini daşıyırlar.
Nəticədə, Hörmüz boğazında fəaliyyət göstərən gəmi sahibləri iki tərəfin təzyiqləri arasında qalıblar.
14:45 23.06.2026
Oxunuş sayı: 43