De Bruyne İran qapıçısından danışdı:Elə bilirdik keçdik, yenə seyv edirdi
Belçika millisinin və “Manchester City” klubunun futbolçusu Kevin De Bruyne İran millisinin qapıçısı Əlirza Beyranvand barədə maraqlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, oyun zamanı dəfələrlə qol vuracaqlarını düşündükləri anlarda qapıçının inanılmaz seyvləri ilə qarşılaşdıqlarını qeyd edib.
De Bruyne zarafatla əlavə edib ki, bir məqamda Beyranvandın hansı klubda çıxış etdiyini soruşub və ona “Traktor” klubunda oynadığı bildirilib. Futbolçu bu cavabı əvvəlcə səhv başa düşdüyünü, klub adını stadiona gəlişlə əlaqələndirdiyini düşündüyünü deyib.
14:23 23.06.2026
Oxunuş sayı: 46