Ermənistanda deputat andının mətnində dəyişiklik təklif edilir
Ermənistanda deputat andının mətninin dəyişdirilməsi və Baş nazir Nikol Paşinyanın irəli sürdüyü “real Ermənistan” ideyasına uyğunlaşdırılması təklif olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Sputnik Armenia məlumat yayıb.
Məlumata görə, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləri mövcud mətndə yer alan “ümumxalq məqsədlərinin həyata keçirilməsi naminə” və “milli və ümumbəşəri dəyərlərin qorunması naminə” ifadələrinin çıxarılmasını təklif edirlər.
Onların yerinə “təhlükəsizliyin və azadlıqların qorunması naminə” ifadəsinin əlavə edilməsi nəzərdə tutulur. Həmçinin andın sonunda Paşinyanın müharibədən sonra istifadəyə verdiyi “Həlak olanlara şöhrət, Ermənistan Respublikasına isə yaşasın” cümləsinin daxil edilməsi planlaşdırılır.
Yeni redaktənin müəllifləri kimi parlament sədri Alen Simonyan və “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları Arusyak Julakyan və Asmik Akopyan göstərilir.
14:02 23.06.2026
Oxunuş sayı: 52