Los-Ancelesdə İran bayrağı üstündə mübahisə davaya çevrildi
2026-cı il Dünya Kuboku çərçivəsində keçirilən İran–Belçika oyunu öncəsi ABŞ-ın Los-Anceles şəhərində iranlı azarkeşlər arasında gərginlik yaşanıb.
Crossmedia.az xəbər verir ki ,sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, İran milli komandasına dəstək vermək üçün stadiona gələn və rəsmi İran bayraqları daşıyan şəxslərlə İslam Respublikası əleyhdarları arasında fiziki qarşıdurma baş verib.
Məlumata görə, İran millisinin Dünya Kubokundakı əvvəlki oyunları zamanı da stadion girişlərində tərəflər arasında mübahisələr qeydə alınıb. Lakin bu dəfə yaşanan gərginlik fiziki toqquşmaya çevrilib.
Şahidlərin bildirdiyinə görə, tərəflər arasında qarşılıqlı təhqirlər səsləndirilib, foto və video çəkilişləri ilə bağlı mübahisələr yaranıb. Həmçinin görüntülərin internetdə paylaşılması ilə bağlı qarşılıqlı hədələrin də tez-tez yaşandığı qeyd olunur.
14:05 23.06.2026
Oxunuş sayı: 47