İran XİN: ABŞ ilə danışıqlar davam etmədi
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında İsveçrədə keçirilən İran–ABŞ danışıqlarının gedişatı ilə bağlı yeni təfərrüatları açıqlayıb.
Crossmedia.az xəbər verir , bu barədə xarici mənbə məlumat verib .
Onun sözlərinə görə, İran, ABŞ və iki vasitəçi ölkənin iştirakı ilə keçirilən dördtərəfli görüş təxminən bir saat yarım davam edib.
Bəqayi bildirib ki, tərəflər görüşün yarım saatlıq fasilədən sonra davam etdirilməsi barədə razılığa gəlsələr də, bu müddətdə ABŞ rəsmilərinin təhdid xarakterli açıqlamaları ilə qarşılaşıblar.
O əlavə edib ki, Tehran milli maraqlarını müdafiə etmək və məqsədlərini irəli aparmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə davam edəcək və bu mərhələdə vasitəçilər üzərindən mesaj mübadiləsini məqsədəuyğun hesab edib.
13:55 23.06.2026
Oxunuş sayı: 60