ABŞ avtomobil nəhəngləri raket istehsalına başlayır
ABŞ rəhbərliyi qlobal silah çatışmazlığını aradan qaldırmaq üçün ölkənin avtomobil konsernlərini hərbi sənayeyə cəlb edir.
Crossmedia.az xəbər verir ki , ABŞ-nin böyük avtomobil şirkətləri bundan sonra "Tomahawk" qanadlı raketləri və "Patriot" HHM sistemlərinin kütləvi istehsalında iştirak edəcək.
Belə ki, bu çərçivədə "General Motors" (GM) konserninin hərbi qanadı "Lockheed Martin" şirkəti ilə rəsmi tərəfdaşlıq sazişi imzalayıb və avtomobil sənayesindəki sürətli konveyer texnologiyasından istifadə edərək Patriot raketlərinin komponentlərinin istehsalına hazırlaşır.
ABŞ Prezidenti Donald Tramp da hökumətin "General Motors" və "Ford" şirkətləri ilə danışıqlar apardığını təsdiqləyib. Bu addımın əsas səbəbi Yaxın Şərq və Ukraynadakı münaqişələr fonunda ənənəvi hərbi podratçıların istehsal gücünün qlobal tələbata çatmamasıdır. Pentaqon yaranmış sənaye tıxacını avtomobil nəhənglərinin kütləvi istehsal xətləri hesabına həll etməyi planlaşdırır.
13:52 23.06.2026
Oxunuş sayı: 58