Uşakov: Qərb üstünlüyünü qorumaq üçün bütün vasitələrdən istifadə edir
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Qərb öz maraqlarını qorumaq və qlobal üstünlüyünü saxlamaq üçün qaydaları özü müəyyənləşdirir və onları istədiyi kimi şərh edir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Onun sözlərinə görə, Qərb rəqiblərinin güclənməsinin qarşısını almaq məqsədilə hərbi, iqtisadi və informasiya vasitələri də daxil olmaqla müxtəlif təsir rıçaqlarından istifadə etməkdən çəkinmir.
Uşakov qeyd edib ki, bu yanaşma beynəlxalq münasibətlər sistemində gərginliyin artmasına səbəb olur və dövlətlər arasında etimadın azalmasına gətirib çıxarır.
13:25 23.06.2026
Oxunuş sayı: 44